“Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarında yalnız hərbi obyektlər hədəfə alınıb, mülki məntəqələr vurulmayıb. Ukrayna ordusu atəşkəs rejimini pozaraq Luqansk – Donetskə hücumlarını artırıb. Bu respublikaları tanımaq və onların tələblərinə cavab verməkdən başqa çarə yox idi. Vladimir Putin ABŞ və NATO-nu danışıqlar masasına oturmağa və hüquqi təhlükəsizlik təminatları ilə NATO-nun Şərqdə daha da genişlənməsini müzakirə etməyə dəvət etdi, lakin onlar bundan imtina etdilər. Sizi bir daha əmin edə bilərəm ki, mülki əhaliyə və beynəlxalq insan haqlarına uyğun olaraq Rusiya ordusu Ukraynanın hərbi infrastrukturunu hədəfə alıb. Donetsk və Luqanskın tələbi ilə prezident Putin bəyan edib ki, bu əməliyyatın əsas məqsədi BMT Konvensiyasının 51-ci maddəsinə tam uyğun olaraq hərbi əməliyyatın məqsədi silahsızlaşdımadır”.
Teeqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
Lavrov rus ordusunun Ukraynada mülki insanların öldürülməsi haqda iddiaları növbəti dəfə rədd edib.
Lavrov həmçinin bəyan edib ki, Rusiya əməliyyatlar zamanı nüvə silahından istifadə etməyəcək və adi silahlarla əməliyyatlarını davam etdirir.
Rusiyanın yaxın olduğu Çin, Hindistan və Türkiyənin daim ABŞ təzyiqi altında olduğunu qeyd edən Lavrov bildirib ki, Hindistan, Çin, Misir və Türkiyə, yəni özünün min illik mədəniyyətinə sahib olan ölkələrə nə edəcəklərini söylədikdə, mənə elə gəlir ki, problemlər yaranr. Məsələn, dövlət katibi Entoni Blinken ABŞ-ın S-400 almasına görə hələ də Hindistana sanksiya tətbiq edib-etməyəcəklərinə dair qərar verilmədiyini bildirib. Yəni Hindistan üçün nəyin doğru olduğuna qərar verməyiblər”.
Rusiya ilə Hindistan arasında yaxşı münasibətlərə toxunan Lavrov, bu yolda ölkələrin öz valyutaları ilə ticarətini dəstəklədiklərini ifadə edərək, qeyd edib ki, uzun müddətdir iki ölkə arasında qarşılıqlı ödənişlərdə milli valyutalarımızın istifadəsini dəstəkləyirik. Həm bizim, həm də Hindistanın öz maliyyə sistemləri var. Biz indi bu sistemlərdən daha tez-tez istifadə edirik.
Digər tərəfdən, Lavrov Hindistana tədarük edilən S-400 Hava Hücumundan Müdafiə Sistemləri ilə yanaşı, müdafiə sahəsində lazım olan hər şeyi təmin edə biləcəklərini də əlavə edib.
Müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenskinin sərxoş halda görüntülər paylaşması ilə bağlı iddialara toxunan Lavrova görə, Zelenski çox şey deyir: “Bunlar yediyiniz və içdiyinizdən asılı olaraq dəyişir. Mən, Zelenskinin dediklərini ciddi şəkildə şərh edə bilmirəm, çünki o, öz perspektivini daim diametral əks istiqamətdə dəyişir. Nəhayət, o, Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırdığını bildirib”.
Bu vəziyyətin Zelenskinin əməkdaşlıq etməməsi səbəbindən yarandığını bildirın Lavrov deyib ki, əgər Zelenski əməkdaşlıq edib Minsk razılaşmalarını həyata keçirməyi hədəfləsəydi, böhran çoxdan həll olunmuşdu: “Qərb Zelenskidən Rusiyaya qarşı istifadə etdi. Onlar təkliflərə məhəl qoymamaq istəklərini gücləndirmək üçün hər şeyi etdilər”.
Rusiyanın Ukraynadakı rejimi dəyişmək məqsədinin olmadığını da əlavə edən Lavrov bildirib ki, Kiyevdə rejimi dəyişməyi hədəfləmirlər: “Biz istəyirik ki, ukraynalılar necə yaşamaq istədiklərini seçsinlər. Biz istəyirik ki, insanlar seçim azadlığına malik olsunlar”.
Rusiyanın Ukraynadakı hərbi əməliyyatları ilə bağlı son məlumatları verən Lavrov bildirib ki, Ukraynanın şərqindəki əməliyyat əvvəldən elan edildiyi kimi Donetsk və Luqansk respublikalarının tam azad edilməsini hədəfləyir: “Bu əməliyyat davam edəcək. Əməliyyatın növbəti mərhələsi başlayır və bu, ən vacibi olacaq”.
Rusiya ilə Qərb ölkələri arasında yaşanan gərginlikdən sonra Rusiyanın Qərb ölkələrinə qarşı inamsızlıq yaşadığını deyən Lavrov bildirib ki, istər 2014-cü ildən sonra əldə etdiyimiz ərzaq təhlükəsizliyi, istərsə də müdafiə sənayesi olsun, həyatın heç bir strateji əhəmiyyətli sahəsində qərbli həmkarlarımıza etibar edə bilmərik”.

