Bir həftə əvvəl Donetsk yaxınlığında Ukraynaya məxsus FPV pilotsuz uçan aparatı tərəfindən vurulan Rusiya hərbi-nəqliyyat helikopteri Mi-8-də 20 rusiyalı hərbçi həlak olub.
İtkiləri “Bura Rostovdur” ictimai səhifəsi sızdırıb. Qeyd olunur ki, Mi-8 ötən çərşənbə günü Donetsk yaxınlığında vurulub. Rusların məlumatına görə, təyyarədə ekipaj üzvləri və yaralı olduğu iddia edilən hərbçilər də daxil olmaqla 20 nəfər olub. Şərhlərdə ruslar hadisə nəticəsində yaxınlarının öldüyünü təsdiqləyib.
//Samir Qurbanov, Editor.az