Donetsk uğrunda “böyük savaş” nə vaxt başlayır?backend

Donetsk uğrunda “böyük savaş” nə vaxt başlayır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Rusiya Donetsk ətrafında hərbi mövqelərini gücləndirib.

Bu barədə Editor.az “The Washington Post”a istinadən xəbər verir. Pentaqon yüksək rütbəli anonim rəsmisi deyib ki, hazırda Rusiya sərhədlərindən cənuba doğru hərəkət edən böyük konvoya komanda elementi, dəstək batalyonu, vertolyot dəstəyi və piyada qoşunları daxildir.

Kiyevi ala bilmədikdən sonra Kremlin Donbası ələ keçirmək məqsədi gün kimi aydındır. Təsadüfi deyil ki, son günlər hava hücumlarının əksəriyyəti də Donbas istiqamətində baş verir. Lakin onun yeni və böyük hücuma nə vaxt başlayacağı bəlli deyil. Xatırladaq ki, iki gün əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun Donetsk istiqamətində hücuma keçdiyini və əsas ordu bölmələrini Donbasa ətrafına yerləşdirdiyini bildirmişdi.

Editor.az