Donetsk vilayətində gün ərzində düşmən atəşi nəticəsində 3 nəfər həlak olub, 14 nəfər yaralanıb.
Editor.az xəbər verir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının sədri Pavel Kirilenko məlumat verib. Məlumata görə, bölgədə genişmiqyaslı işğal başlayandan indiyədək düşmən atəşi nəticəsində 1410 nəfər dinc sakin həlak olub, 3183 nəfər isə yaralanıb.
Kirilenko onu da vurğulayıb ki, Mariupol və Volnovaxada qurbanların dəqiq sayını hələlik müəyyən etmək mümkün olmayıb.
//Samir Qurbanov,Editor.az