Donetsk vilayətinin işğal olunmuş ərazisində Rusiyanın telekommunikasiya avadanlıqları məhv edilib.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. “Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində rus işğalçıları tərəfindən istifadə edilən qeyri-qanuni “Feniks” rabitə operatorunun telekommunikasiya avadanlığı olan dörd obyekti məhv edilib”, – kəşfiyyatçılar bildirib.
Bundan başqa, Rusiya Federasiyasının Leninqrad vilayətində baş verən yanğın nəticəsində mobil rabitə avadanlıqları əriyib. Yaroslavl vilayətində dəmir yolu hərəkətinə nəzarət üçün üç dəmir yolu rele nəzarət kabineti də yanğın nəticəsində məhv edilib. “Rusiya ordusunun maddi-texniki təchizatı və rabitəsi üçün yaranan çətinliklər və maneələr dayanmayan mühüm prosesdir”, – GUR qeyd edir.
//Samir Qurbanov, Editor.az