Ukrayna desantçıları Donetsk vilayətində Kuraxovski istiqamətində rus işğalçılarının ikinci kütləvi hücumunu dəf ediblər.
Editor.az bildirir ki, bu barədə iyulun 30-da Ukrayna Silahlı Qüvvələrinin Tavriya Hava-Desant Qüvvələrinin 79-cu əlahiddə hava hücum briqadası məlumat yayıb.
Düşmən desantçıların müdafiəsini yarmaq üçün ikinci dəfə 57 zirehli texnika ilə hücum etsə də uğursuzluğa düçar olub. 79-cu Hava Desant Briqadası bildirib ki, işğalçılar bir gün ərzində 10 tank, 47 zirehli döyüş maşını, 10 motosiklet və bir arabadan istifadə ediblər. “Düşmənin çoxlu texnikasına baxmayaraq, düşmənin bütün cəhdləri bir daha sıfıra endirilib: döyüş zamanı 12 zirehli döyüş maşını, 8 rus tankı, doqquz motosiklet və 36 işğalçı məhv edilib, daha 32 nəfər yaralanıb ”, – mesajda deyilir.
//Samir Qurbanov, Editor.az

