Rusiya hərbi qüvvələri Donetsk vilayətinin Veseloye kəndini ələ keçirib. Kənd Qrodovkanın şərqində, bölgənin Pokrovski rayonunda yerləşir.
Editor.az bildirir ki, bu barədə “DeepState” layihəsi məlumat yayıb. Vəziyyətin “kritik” olduğu və pisləşməkdə davam etdiyi qeyd edilir. Rus işğalçıları təzyiq göstərir və taktiki uğurlar əldə etməkdə davam edirlər: “Son günlərdə Katsapların Müdafiə Qüvvələrinin mövqelərinə atdığı KAB-ların sayı əhəmiyyətli dərəcədə artıb”, – mesajda deyilir. Bundan əlavə, düşmən Ukrayna qoşunlarının ikinci müdafiə xəttinin kəşfiyyatı üçün ənənəvi olaraq motosiklet bölmələrindən istifadə edir.
Lakin hələ ki, yuxarıda göstərilən məlumatların rəsmi təsdiqi yoxdur.
//Samir Qurbanov, Editor.az

