Donetsk vilayətinin Pokrovsk şəhəri vuruldu: Ölən və yaralılar varbackend

Donetsk vilayətinin Pokrovsk şəhəri vuruldu: Ölən və yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 13-də səhər saatlarında Donetsk vilayətinin Pokrovsk şəhəri Rusiya ordusunun hücumuna məruz qalıb, iki inzibati bina dağıdılıb, azı 1 nəfər ölüb və 13 nəfər yaralanıb.

Editor.az bildirir ki, bu barədə Donetsk Regional Hərbi İdarəsi və Dövlət Fövqəladə Hallar Xidməti məlumat verib. “Pokrovskda səhər düşmənin atəşi ilə açıldı. Ruslar şəhərin mərkəzini vurdular – artıq (10:06) ən azı 1 ölü və 13 yaralı məlumdur. 2 binaya ziyan dəyib”, – məlumatda deyilir.

İstifadə olunan silahın növü və zərbənin son təsiri müəyyən edilir. Fövqəladə Hallar Dövlət Xidməti dağıntılar altından 3 nəfərin xilas edildiyini bildirib. Xilasedicilərin sözlərinə görə, iki inzibati bina qismən dağılıb.

//Samir Qurbanov, Editor.az