Donetskdə insanlar qatar stansiyasına axın edibbackend

Donetskdə insanlar qatar stansiyasına axın edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə Ukrayna arasındakı müharibənin 43-cü günündə hücum riskinin artdığı bölgələrdə təxliyə prosesləri davam edir.

Editor.az xəbər verir ki,  Donetsk vilayətinin qubernatoru Pavlo Kirilenkonun qızğın toqquşmaların olacağı xəbərdarlığından sonra insanlar arasında çaxnaşma başlayıb. Kramatorskda mülki əhali şəhəri tərk etmək üçün qatar stansiyasına axışıb.

Son vəziyyətlə bağlı açıqlama verən qubernator Kirilenko hər gün saat 09:00-da Rusiya tərəfindən öldürülənlərin xatirəsinin dərin sükutla yad olunduğunu bildirib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Donetsk vilayətində 155 dinc sakin həlak olub, 610 nəfər isə yaralanıb. Mariupol və Volnovaxada qurbanların sayı hazırda məlum deyil.

//Editor.az