Dörd aşıq arasında qısqanclıq qalmaqalıbackend

Dörd aşıq arasında qısqanclıq qalmaqalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aşıq Əli Tapdıqoğlu ilə duet oxumaq Samirə Əliyevanı həmkarları ilə düşmən edib.
Editor.az axşam.az-a istinadən bildirir ki, Samirə bu haqda “ATV maqazin onlarla” proqramında deyib. O bildirib ki, “Əli dedi Samirədən başqa heç kimlə duet oxumayacam. Mən də dedim, Əlidən başqa heç kimlə duet oxumayacam” sözlərinin digər aşıqlar Zülfiyyə İbadova, Ulduz Sönməz və Telli Borçalının ona etiraz etməsinə səbəb olub:

“Onların üçü ilə də aramızda anlaşılmazlıq oldu. Dedilər ki, elə bil Samirədən, Əlidən başqa aşıq yoxdur. Hamının sənəti də, bacarığı da var. Kim kimlə istəyir duet oxusun. Əsas odur uyğunluq olsun. Duet layihəsidir və Əli ilə Samirə edir. Bir duetlə yadda qalmaya bilərsən, ona görə silsilə olmalı idi. Söz verdik ki, mən sənlə sən mənlə oxuyacaqsan. İşimiz üçün etdik, şəxsi həyatınızdan danışmadıq ki?”.