“Dost ölkələrin bu məsələdə susması qəribədir” – Paşinyanbackend

“Dost ölkələrin bu məsələdə susması qəribədir” – Paşinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda humanitar vəziyyət son dərəcə kəskinləşib. 

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında deyib.

“Noyabrın 10-da qəbul edilmiş üçtərəfli bəyannamədə Ermənistan ərazisindən keçən hər hansı dəhlizin mövcudluğu nəzərdə tutulmur. Ermənistanın imzaladığı heç bir sənəddə belə bir şey nəzərdə tutulmayıb. Ermənistanın kiməsə belə şifahi vəd verməsi ilə bağlı iddialar absurddur, hətta nadanlıqdır”, – Nikol Paşinyan deyib.

N.Paşinyan daha sonra növbəti dəfə Azərbaycanı ittiham edib. Deyib ki, Azərbaycanın 10 noyabr tarixli üçtərəfli bəyannaməni pozması xroniki xarakter daşıyır.

“Bu pozuntuları lazımi beynəlxalq qiymətləndirməyə çatdırmaq bizim kollektiv işimiz olmalıdır. Diplomatik xidmətimiz, bütün idarələrin xarici əlaqələr şöbələri, parlament diplomatiyası, iqtidar, müxalifət, QHT-lər, diaspor nümayəndələri, xarici əlaqələri olan fiziki və hüquqi şəxslər, sosial media istifadəçiləri öz vəsaitlərini bu işə yatırmalıdırlar ki, Azərbaycan vaxtaşırı qanun pozuntularına yol verir, 10 noyabr razılaşmasını pozur”, – Nikol Paşinyan bildirib.

Nikol Paşinyan Azərbaycanın guya Laçın dəhlizini bağlaması və “Qarabağda humanitar fəlakət törətməsi siyasətinə” (?) artıq reaksiya verən ölkələrə təşəkkür edib və əlavə edib:

“Ancaq bir sıra dost ölkələrin bu məsələdə susması ən azı qəribədir”.

milli.az