Dost və qardaşlarımızın yanında olmağa davam edəcəyik – Hulusi Akarbackend

Dost və qardaşlarımızın yanında olmağa davam edəcəyik – Hulusi Akar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biz təkcə terrorla mübarizədə deyil, eyni zamanda başda Azərbaycan olmaqla, Liviya, Somali, Qətər və Bosniyadakı dost və qardaşlarımızın haqq işində yanında olmağa davam edirik və davam edəcəyik.

Editor.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Onun sözlərinə görə, Türk Ordusu 24 iyul 2015-ci il tarixindən bu yana 37 min 732 terrorçunu zərərsizləşdirib.

Qeyd edək ki, PKK Amerika Birləşmiş Ştatları, Avstraliya, Kanada kimi bir çox ölkələrin terror təşkilatları siyahısındadır. Avropa Birliyi 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.