Dostunu xilas etmək istəyərkən dənizdə batan gəncin FOTOsubackend

Dostunu xilas etmək istəyərkən dənizdə batan gəncin FOTOsu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, 2 gün öncə Xəzər dənizində 2 nəfər batıb.

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) 2 nəfər batıb.

Dənizdə batan şəxslərdən İsgəndər Əhmədovun ailəsindən azxəbər-ə verilən məlumata görə, o dənizdə batan dostunu xilas etmək istəyərkən özü də batıb. Bildirilib ki, gəncin nəşi hələ də tapılmayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

İsgəndərin axtarışları havanın küləkli olmasına baxmayaraq, davam edir.