Dostunun qızına təcavüz edən şəxsə 16 il həbs cəzası verilibbackend

Dostunun qızına təcavüz edən şəxsə 16 il həbs cəzası verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Saratovda yetkinlik yaşına çatmayan qızın cinsi toxunulmazlığına qarşı cinayət törətdiyi iddiası ilə yerli sakini 16 il həbs cəzasına məhkum edən hökm elan edilib.

Editor.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin bölgə üzrə İstintaq İdarəsi məlumat yayıb. İstintaq onun 2021-ci ilin yanvar və iyul aylarında dostlarına baş çəkərkən azyaşlı qızlarına iki dəfə cinsi təcavüz etdiyini müəyyən edərək sübuta yetirə bilib. Qız başına gələnləri ailəsinə danışıb və hücum edən şəxsə qarşı cinayət işi açılıb.

Təqsirləndirilən şəxs istintaq zamanı həbsdə olub. Məhkəmənin hökmü ilə o, cəzasını ciddi rejimli koloniyada çəkmək üçün 16 il müddətinə azadlıqdan məhrum edilib.

//Gülnarə Abasova, Editor.az