Dövlət Agentliyi Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətdən 149 min manatlıq mebel alırbackend

Dövlət Agentliyi Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətdən 149 min manatlıq mebel alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.

Tender müsabiqəsinin qalibi “Embawood” MMC (VÖEN – 6400009481) olub.

“Embawood” MMC İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sifarişi ilə bu quruma ofis mebelləri satacaq və qarşılığında 148 min 749 manat 62 qəpik alacaq.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 3 750 manat olan “Embawood” MMC 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Abbasov Elşad İnşalla oğlu olan “Embawood” MMC-nin əsas pay sahiblərindən (təsisçi) biri millət vəkili Məşhur Məmmədov Şahbaz oğlu olub.

Qeyd edək ki, açıqlanan sonuncu məlumata görə, “Embawood” MMC-nin pay sahibləri (təsisçiləri) aşağıdakı şəxslər olub:

Elşad Abbasov İnşalla oğlu – 23%

Məşhur Məmmədov Şahbaz oğlu – 23%

Polyakova Tamara – 24%

Həsənova Nərminə Altay qızı – 10%

Səmədova Günay Mehdi qızı – 10%

Qasımova Aytac Mehdi qızı – 10%

Yeniavaz.com