Dövlət Baxçalı bir müddət əvvəl dünyasını dəyişdi.
Yenisabah.az xəbər verir ki, bunu Türkiyədəki Gələcək Partiyasından Trabzon İl sədri Həsən Kamil Vəlioğlu bildirib:
O qeyd edib: “Dövlət Baxçalı bir müddət əvvəl dünyasını dəyişdi. Hələlik rəsmi açıqlama olmasa da, yaxın vaxtlarda açıqlanacaq. Bütün MHP təşkilatlarına başsağlığı verirəm. Allah rəhmət eləsin”.
Bu bəyanatın həqiqəti əks etdirdiyi, yaxud kinayə olduğu hələlik bilinmir.