Dövlət büdcəsində hələ ki uşaq pulu nəzərdə tutulmayıb: “Azərbaycanda bu sahədə İtaliya modeli tətbiq olunur”-Millət vəkilindən AÇIQLAMAbackend

Dövlət büdcəsində hələ ki uşaq pulu nəzərdə tutulmayıb: “Azərbaycanda bu sahədə İtaliya modeli tətbiq olunur”-Millət vəkilindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hələ ki dövlət büdcəsində uşaq pulu nəzərdə tutulmayıb. Ölkəmizdə uşaq pulu verilməsə də, müəyyən sosial müavinətlərin verilməsi tətbiq olunur. Bu pul uşaqların sağlamlığına və təhsilinə xərclənməlidir. Maddi imkanı zəif olan ailələrdə uşaqların inkişafı üçün dövlət büdcəsindən vəsait ayrılır. Sadəcə olaraq bu uşaq pulu kimi adlandırılmır”.

Bu sözləri Editor.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Millət vəkili bildirib ki, Azərbaycanda bu sahədə İtaliya modeli tətbiq olunur:

“Belə ki, bəzi ölkələrdə uşaq pulunun məbləği ailənin gəlirlilik səviyyəsinə uyğunlaşdırılır. Məsələn, İtalyada ailənin gəliri artdıqca ailələrə olunan sosial müavinətlərin məbləği dəyişir. Adıçəkilən ölkədə qanunla müəyyənləşdirilmiş həddən az gəliri olanlara uşaqpulu verilir ki, bu da onların sosial təminatının gücləndirilməsi məqsədini daşıyır. Yəni, imkanlı ailənin uşaq puluna ciddi ehtiyacının olmaması gəliri az olanların bu imkandan faydalanmasına əngəl olmamalıdır. Bu baxımdan İtaliya modelində olduğu kimi gəliri az olan ailələrin uşaqlarının sayına görə uşaq pulu alması daha məqsədəuyğun hesab olunur ki, ölkəmizdə də məhz buna uyğun olaraq ünvanlı sosial yardım verilir. Bu aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi üçün vacibdir. Uşaq pulunun bərpasında İtaliya modelinin tamamilə tətbiq edilməsi həm ailələrin gəlirlərinin müəyyənləşdirilməsinə, həm də gəliri az olan ailələrin uşaq pulundan faydalanmasına imkan verəcək”.

//Gülnarə Abasova, Editor.az