Dövlət Departamenti Kiprə qarşı silah embarqosunun qismən ləğv edilməsini təsdiqləyibbackend

Dövlət Departamenti Kiprə qarşı silah embarqosunun qismən ləğv edilməsini təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Kiprə qarşı silah embarqosunu qismən ləğv edib.

Bu barədə ABŞ dövlət katibi Mayk Pompeo və Kipr prezidenti Nikos Anastasiadis arasında baş tutan telefon danışığının yekunları üzrə ABŞ Dövlət Departamentinin mətbuat katibi Morqan Ortequs bildirib.

M.Ortequsun sözlərinə görə, N.Anastasiadis və M.Pompeo telefon danışığı zamanı ABŞ və Kipr arasında təhlükəsizlik sahəsində münasibətləri müzakirə ediblər.

Dövlət Departamentinin mətbuat katibi bildirib ki, dövlət katibi M.Pompeo prezident N.Anastasiadisi Kiprə qarşı silah embarqosunun qismən ləğv edilməsi haqqında qərarı barədə məlumatlandırıb.

//Trend