Dövlət Departamentindən Trampla bağlı qəribə paylaşımbackend

Dövlət Departamentindən Trampla bağlı qəribə paylaşım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da keçirilən prezident seçkilərinin saxta olduğunu iddia edən Donald Trampın vəzifəsini Co Baydenə təhvil verəcəyi vaxt önə çəkilib.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında məlumat verilib. Qeyd olunub ki, Tramp və köməkçisi Mayk Pensin vəzifələri 11 yanvar tarixində başa çatıb.

Halbuki, daha əvvəl bu tarixin yanvarın 20-si olduğu qeyd edilmişdi.

ABŞ qanunlarına görə, Bayden vəzifəsinə 20 yanvarda paytaxt Vaşinqtonda keçiriləcək inauqurasiya mərasimi ilə başlayacaq.