Dövlət Duması “İl-76” hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı ABŞ Konqresinə və Almaniya Bundestaqına müraciət göndərəcəkbackend

Dövlət Duması “İl-76” hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı ABŞ Konqresinə və Almaniya Bundestaqına müraciət göndərəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin İl-76 hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı ABŞ Konqresinə və Almaniya Bundestaqına müraciət hazırlamağı tapşırıb.

Təyyarə bu gün, yanvarın 24-də Belqorod yaxınlığında qəzaya uğrayıb.

Editor.az xəbər verir ki, təyyarədə ukraynalı məhbuslar olub. Volodin təyyarəni hansı raketlərin və ya buraxılış qurğularının vura biləcəyini öyrənməyi təklif edib. “Gəlin ABŞ Konqresinə və Almaniya Bundestaqına müraciət hazırlayaq ki, deputatlar nəhayət görsünlər ki, kimi maliyyələşdirirlər, kimə kömək edirlər. Bu, Bayden, Makron, Şolz və digər siyasətçilərin bəslədiyi nasist rejimidir. Onlar öz məsuliyyətlərini dərk etməli, parlamentlərin deputatlarına isə impiçment elan etməlidirlər”, – spiker Dövlət Dumasının iclasında deyib.

Qeyd edək ki, İl-76 saat 11:00 radələrində qəzaya uğrayıb, göyərtəsində əsir götürülən 65 Ukrayna Silahlı Qüvvələrinin mübadilə üçün Belqorod vilayətinə aparılan hərbçisi, həmçinin altı ekipaj üzvü və üç onu müşayiət edən şəxs olub. Pilot yanan təyyarəni Yablonovo kəndinin evlərindən uzaqlaşdıra bilib və təyyarə əkin sahəsinə düşüb. Deputat Andrey Kartapolov bildirib ki, məhbusların olduğu təyyarə ya Amerikanın “Patriot”, ya da Almaniyanın İRİS T raketləri ilə vurulub

//Samir Qurbanov, Editor.az