Dövlət Dumasının deputatı hədələdi: Ya biz deyən olacaq, ya da sona qədər davam edəcəyikbackend

Dövlət Dumasının deputatı hədələdi: Ya biz deyən olacaq, ya da sona qədər davam edəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Qərb dövlətlərindən uzaqmənzilli raketlər alarsa, yeni ərazilərini itirmək riski ilə üzləşir.

Editor.az bildirir ki, bunu Dövlət Dumasının Sevastopoldan olan deputatı Dmitri Belik deyib. Onun səzlərinə görə, “Rusiya bütün dünyaya bəyan edib ki, Qərblə danışıqlara getməyəcək. Ya biz deyən olacaq, ya da biz sona qədər davam edəcəyik. Və davam etsək, o zaman Ukrayna yeni əraziləri itirəcək”, – deyə deputat hədələyib.

O, əlavə edib ki, Qərb ölkələri Ukrayna tərəfini yüz kilometr mənzilli raketlərlə təmin edərsə, o zaman Ukrayna ərazisi daha 150 kilometr azalacaq. Qərbdəki tərəfdaşlar 200 kilometr mənzilli raketlərin ötürülməsi üçün Kiyev hakimiyyətini əvəz edəcək, çünki onun dediyi kimi, bu halda Ukraynanın kiçilməyə yeri olmayacaq: “Hazırda əvvəlki Ukrayna kimi bir Ukrayna yoxdur, yalnız aqressiv NATO bloku ilə Rusiya arasında bufer zona var”, – Belik yekunlaşdırıb.

  //Samir Qurbanov, Editor.az