“Dövlət məktəblərində yenilik kimi qəbul etdiyimiz bəzi tətbiqlər özəl məktəblərdə 5-10 il öncədən tətbiq edilir”backend

“Dövlət məktəblərində yenilik kimi qəbul etdiyimiz bəzi tətbiqlər özəl məktəblərdə 5-10 il öncədən tətbiq edilir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təhsil hər zaman yeniliyə açıq olan və yeniliyin ilk tətbiq edildiyi bir sahə olub. Çünki istənilən sahənin bir hissəsi təhsillə əlaqəli olur. 2021-2022-ci  tədris ilində təhsil sahəsində bəzi müsbət yeniliklər oldu və düşünürəm ki, bu yeniliklərin kökündə nazirliyin ictimai rəyləri, verilən təklifləri dəyərləndirilməsi də özünü göstərir”.

Bu sözləri Editor.az-a açıqlamasında təhsil eksperti Adil Vəliyev deyib.

O, bildirib ki, yeni tətbiq edilən elektron jurnal və gündəlik sistemi də bu yeniliklər arasındadır:

“Ancaq nəzərə alaq ki, hazırda dövlət məktəblərində yenilik kimi qəbul etdiyimiz bəzi tətbiqlər özəl məktəblərdə 5-10 il öncədən tətbiq edilir. Fikrimcə, bəzi yeniliklər üçün illərlə gözləməyə ehtiyac yoxdur və bunun üçün özəl məktəblərdə tətbiq edilən prosesləri dövlət məktəblərində də tətbiq etsək daha çox inkişafa meyilli olarıq. Elektron jurnal və gündəlik sistemə gəldikdə isə bu tətbiq vasitəsilə övladlarımızın dərs davamiyyəti və biliyinin qiymətləndirilməsinə nəzarət edə biləcəyik ki, bu da valideyinlərin övladlarını nəzarətdə saxlamasına imkan verəcək. Elektron jurnala gəldikdə isə ilk zamanlar ola bilər ki, müəllimlər ehtiyat üçün həm kağız jurnaldan həm də elektron jurnaldan istifadə etsinlər. Ancaq bir müddət sonra kağız yüklərindən azad olunaraq məlumatları yalnız elektron jurnala daxil etmələri kifayət edəcək. Lakin nəzərə almaq lazımdır ki, elektron bazaya daxil edilən məlumatların təhlükəsizliyi qorunması və təmin edilməsi də xüsusi diqqətdə saxlanılmalıdır”.

//Gülnarə Abasova, Editor.az