Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı hər ay keçiriləcəkbackend

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı hər ay keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dövlət qulluğunda keçid balları çox aşağıdır”.

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Hüquqi-təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov bildirib.

O, bildirib ki, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanlarının ilkin olaraq mütəmadi keçirilməsi nəzərdə tutulur:

“May ayından başlayaraq hər ay bu imtahanları keçirməyi düşünürük. Daha sonra bu imtahanların hansı tezlikdə keçiriləcəyi müəyyənləşəcək. İmtahanın müddəti açıq və qapalı tipli test tapşırıqlarının sayından asılı olaraq dəyişəcək. Vəzifə qruplarına görə olanda bu vaxt fərqlənəcək. Bu imtahanların elektron qaydada və ya kağız üzərində keçirilməsi nəzərdə tutulur. Elektron qaydada keçiriləndə imtahanın nəticəsi dərhal veriləcək, kağız üzərində imtahanların cavabı isə 1 günə çıxacaq” – o qeyd edib.