Dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır: “Etimadı doğrultmayan məmurlar barədə lazımi tədbirlər görülür”backend

Dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır: “Etimadı doğrultmayan məmurlar barədə lazımi tədbirlər görülür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ölkə başçısı növbəti dəfə rayonlara yeni təyin olunan icra başçılarını video formatda qəbul edib və tapşırıqlarını verib. Ümumiyyətlə, bundan əvvəl də təyin olunan şəhər və rayon icra başçılarını qəbul edən zaman cənab prezident xüsusi olaraq vətəndaşlara xidmətin önəmliliyini, daim vətəndaşları qəbul edib problemlərini dinləməyin vacibliyini vurğulayıb. Bu, həm də ona dəlalət edir ki, dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyev ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini xatırladaraq bildirdi ki, Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Millət vəkilinin sözlərinə görə, ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri mühüm əhəmiyyət kəsb edir:

“Cənab prezident dəfələrlə qeyd edib ki, məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyir, xalqın xidmətçiləridir. Prezident İlham Əliyev vurğulayıb ki, məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmaqla yanaşı, həmçinin onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa yol verməməlidirlər. Etimadı doğrultmayan məmurlar barədə lazımi tədbirlər görülür, bundan sonra da bu tədbirlər davam edəcək. Hər dəfə icra başçılarını işə təyin edərkən dövlət başçısı onlara rüşvətxorluqla məşğul olmamağı, dövlətə, müstəqilliyə sadiq qalmağı tapşırır. Müstəqil Azərbaycan bu gün nadir inkişaf dövrünü yaşayır. Azərbaycanda sürətli inkişaf prosesi gedir, düşünülmüş, müstəqil siyasət aparılır. Bu uğurların təməlində dayanan əsas amillər aparılan iqtisadi-siyasi islahatlardır. Bəli, göründüyü kimi, Prezident İlham Əliyev xalqa layiqli xidməti dövlət məmurları qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Ölkə başçısının tapşırıqları əsasında son illər ayrı-ayrı nazirlərin, komitə sədrlərinin yerlərdə ictimaiyyətin nümayəndələri ilə səyyar görüşlər keçirmələri, onların qayğı və problemləri ilə yaxından maraqlanmaları da məhz vətəndaş-məmur münasibətlərinin yüksək əsaslar üzərində qurulmasına xidmət edir ki, bütün bunlar da istər ölkə ictimaiyyəti, istərsə də beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır”.

//Gülnarə Abasova, Editor.az