20 sentyabr – Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü iş günü hesab edilən bayram günü olacaq.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Nazirlər Kabinetindən bildirilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.
Xatırladaq ki, Əmək Məcəlləsində müvafiq dəyişikliklər Milli Məclisin səlahiyyətindədir.