“Dövlət tərəfindən azad sahibkarlıqla bağlı bir çox layihələr həyata keçirilir”-ŞƏRHbackend

“Dövlət tərəfindən azad sahibkarlıqla bağlı bir çox layihələr həyata keçirilir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mütəmadi olaraq müvafiq dövlət qurumları azad sahibkarlıqla əlaqədar məlumatlar verir, millət vəkilləri kifayət qədər suallar yönləndirir, bu istiqamətdə yüzlərlə açıqlamalar mövcuddur”.

Bu sözləri Editor.az-a azad sahibkarlıqla bağlı danışarkən millət vəkili Rüfət Quliyev deyib.

Deputat bildirib ki, dövlət tərəfindən azad sahibkarlıqla bağlı bir çox layihələr həyata keçirilir, qanunlar qəbul edilir:

“Hər həftə CBC kanalında “Sahibkar saatı” adı altında verlişim var və bu verlişə uğurlu kiçik sahibkarlar, dövlət məmurları dəvət olunur. Artıq 220-ə yaxın sahibkar dəvət olunub, bizim üçün hansı işlə məşğul olduqları fərq etmir. Əsas məsələ onların uğur qazanmasıdır. Elə biznes sahibkarları var ki, onların 100 işçisi var, eləsi də var ki, 2-3 işçi ilə öz işlərini inkişaf etdirirlər.

Hesab edirəm ki, ölkədə sahibkarlar üçün yetərli qədər məlumatlar var və lazımi şəraiti yaradılıb”.

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli də Editor.az-a fikirlərini bölüşüb:

“Azərbaycanda xüsusi mülkiyyət təsbit olunub. İqtisadiyyatın da 80 faiz ətrafı özəl sektor tərəfinə verilir. Müqavilə hüququ var və istənilən adam sahibkarlıqla məşğul ola bilər.

Azad sahibkarlıq və liberal iqtisadiyyatın inkişafının qarşısında müəyyən maneələr də var. Bu əsasən inhisarçılıq problemidir. Hazırda rəqabət məcəlləsi qəbul edilib, yəqin ki, bu məsələyə müsbət təsirini göstərəcək. Eyni zamanda həllini gözləyən problemlər içərisində kapitalın məhdud əllərdə təmərküzləşməsi də var”.

//Səbinə Hüseynli, Editor.az