Azərbaycanda virus hepatiti, qarın yatalağı, paratiflər keçirmiş vətəndaşların hərbi xidmətə yararlı olub-olmaması əsas müzakirə olunan məsələlərdən biridir.
Editor.az modern.az-a istinadla xəbər verir ki, məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən açıqlama verilib.
Bildirilib ki, virus hepatiti, qarın yatalağı, paratiflər keçirmiş vətəndaşlar hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü daxil olan zaman stasionar müalicədən sonra 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar.
“Hepatit B, hepatit C və digər hepatotrop hepatitlər virusu daşıyıcıları hərbi xidmətə yararlı hesab edilirlər”, – açıqlamada qeyd edilib.