Dövlətə xəyanətdə şübhəli bilinən xalq deputatı həbs edildibackend

Dövlətə xəyanətdə şübhəli bilinən xalq deputatı həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 15-də Kiyevin Peçerski Rayon Məhkəməsi dövlətə xəyanətdə şübhəli bilinən deputatı girov müqabilində azadlığa buraxmadan həbs edib.

Bu barədə Ukrayna Dövlət Təhqiqatlar Bürosu Facebook-da məlumat yayıb. “Hüquq-mühafizə orqanlarının əməkdaşları deputatı Ukraynanın müdafiə qabiliyyətinə və informasiya təhlükəsizliyinə ziyan vurmaqda ifşa ediblər”, – deyə məlumatda bildirilir. Dövlət Bürosu əlavə edib ki, xalq deputatını əmlakı müsadirə olunmaqla 15 ilədək həbs cəzası gözləyir.

Dövlət Təhqiqatlar Bürosunun dərc etdiyi fotoda göründüyü kimi, söhbət xalq deputatı Yevgeni Şevçenkodan (“Ukraynanın yenilənməsi” qrupu) gedir. Bir gün əvvəl ona vətənə xəyanətdə şübhəli bilindiyi bildirilib.

//Samir Qurbanov, Editor.az