DÖVLƏTİN 4,2 MİLYARDLIQ AKTİVLƏRİNİN TALEYİ NECƏ OLUB? – Azərbaycan Sənaye Korporasiyası hesabatlarını gizlədir…backend

DÖVLƏTİN 4,2 MİLYARDLIQ AKTİVLƏRİNİN TALEYİ NECƏ OLUB? – Azərbaycan Sənaye Korporasiyası hesabatlarını gizlədir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2017-ci ilin dekabrında 3 milyard 854,3 milyon manat, 2019-cu ilin aprelində isə 489,3 milyon dəyərində aktivləri balansına qəbul etmiş Azərbaycan Sənaye Korporasiyası (ASK) illik birləşdirilmiş maliyyə hesabatlarını açıq-aşkar gizlədir”.

bunu səhm bazarı üzrə ekspert Hafiz Babalı bildirib. Onun sözlərinə görə, etibar olunmuş dövlət əmlakının səmərəli istifadə olunması ilə bağlı ciddi şübhələr var.

Ekspert qeyd edir ki, ASK öz internet saytında tərkibində olan 50-dən çox hüquqi şəxsin cəmi 16-sı barədə məlumat verir: “2019-cu il üzrə bunlardan 4-nün maliyyə hesabatı açıqlanıb. Onların da maliyyə durumu acınacaqlıdır. “Azəralüminium” MMC alüminium satışından deyil, sair əməliyyat gəlirləri hesabına mənfəət qazanıb, “Azərpambıq ASK” MMC pambığın dünya bazarında yüksək qiymətləri hesabına 3,5 milyon manat xalis mənfəət götürüb, “Azəripək” MMC, “ASK Ayaqqabı Fabriki” MMC isə zərərlə işləyib”.

H.Babalı xatırladır ki, həmin aktivlər Azərbaycan Beynəlxalq Bankından (ABB) götürülmüş kreditlər hesabına toksik duruma gəlmişdi. 

“Bank dövlətdən milyardlarla dollar yardım aldı, problemi dövlətin üstünə atdı”,-deyə ekspert vurğulayıb.

Ekspert əlavə edir ki, ASK nizamnaməsinin 5.8-ci bəndində görə Müşahidə Şurasının (MŞ) iclaslarını Şura sədri 3 ayda bir dəfədən az olmayaraq çağırır. Sonuncu dəfə MŞ aprel ayının 21-də toplaşıb.

H. Babalının sözlərinə görə, gərgin iş qrafiki olan MŞ üzvlərini bir araya yığmaq asan məsələ deyil: “ASK-nın müəssisələrinin xilasının isə bir yolu var: balansdakı şirkətləri ən qısa zamanda investorlara təklif etmək. Təbii, məqsəd onları sonadək batırmaq deyilsə…”

“AzPolitika.info”

Loading...