Döyür, ac saxlayır, qulağımızın dibində atəş açıb…backend

Döyür, ac saxlayır, qulağımızın dibində atəş açıb…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynalı hərbçilər Rusiya tərəfdən onlara qarşı qeyri-insani rəftardan danışıblar.

Bu barədə Editor.az “Ukrainskaya Pravda”ya istinadən xəbər verir. Əsirlərin sözlərinə görə onları çöldə, çuxurda, qarajda saxlayıblar. Növbə ilə tüfəngin qundağı ilə döyüblər, qulağının dibində atəş açıb qorxudublar.

Yerli reportyorlar Zmeinıy adasında (Qara dənizdə ada) yedəklənərək Sevastopola aparılan uşaqlara “ humanist Rusiya hakimiyyəti”ndən danışaraq onlardan təbliğat üçün istifadə ediblər. Bəzi əsirləri naməlum istiqamətə apararaq mənfi 20 dərəcə temperaturda çadır şəhərciyində məskunlaşdırırdılar. Nəticədə çox sayda uşaqların ayaqları donurdu. Əsirlərə məhbus kimi yanaşır, mənəvi təzyiq göstərir, həyətdə gəzinti zamanı üzərilərinə it buraxırdılar. Xatırladaq ki, bu cür hərəkətlər Hərbi əsirlərlə rəftar haqqında Cenevrə Konvensiyasının 13-cü maddəsinin pozulmasıdır. Bundan əlavə, Cenevrə Konvensiyasının 26-cı maddəsinə zidd olaraq, bəzi ukraynalı hərbi əsirləri günlərlə ac saxlayıblar.

  Editor.az