Döyüşə qadınlar gedir: Ukrayna MN qadınlar üçün 50 min dəst hərbi geyim sifariş etdibackend

Döyüşə qadınlar gedir: Ukrayna MN qadınlar üçün 50 min dəst hərbi geyim sifariş etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Müdafiə Nazirliyi ilk dəfə olaraq qadınlar üçün 50 min dəst hərbi geyim sifariş edib.

Editor.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerov danışıb. Ukrayna Hərbi Media Mərkəzinin məlumatına görə, hazırda qadınlar Ukrayna Silahlı Qüvvələrinin 7%-ni təşkil edir və hardasa 60 min qadın xidmət edir.

“Müdafiə Nazirliyi ilk dəfə olaraq 50 min dəst qadın geyim forması, 100 min elektrik qızdırıcısı, 15 min aktiv qulaqcıq alıb. Qiymətin aşağı salınması üçün qulaqlıq tədarükçüsü ilə danışıqlar aparılıb”, – deyə Rüstəm Umerovk Facebook-da yazıb. Nazirin sözlərinə görə, onlar qulaqcıqlara 11,7 milyon qriven (təxminən 308 min dollar) qənaət edə biliblər.

Bundan əvvəl hakim “Sluqa naroda” partiyasının deputatı Maryana Bezuqlaya hərbi qeydiyyat və xidmət məsələlərində kişi və qadınların bərabərləşdirilməsinə dair qanun layihəsinin hazırlandığını açıqlamışdı. Qanun layihəsi qadınların təkcə tibb sahəsinə deyil, arxa cəbhədə digər vəzifələrə də səfərbər edilməsinə imkan verəcək.

Oktyabrın 1-dən Ukraynada tibb və ya əczaçılıq təhsili olan qadınların hərbi qeydiyyata alınması ilə bağlı tələblər qüvvəyə minib. Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski qadınların səfərbərliyi haqqında qanunu Ali Rada qəbul etsə belə, imzalamayacağına söz verib.

//Samir Qurbanov, Editor.az