Döyüşə tələbələr və qadınlar gedirbackend

Döyüşə tələbələr və qadınlar gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazilərindən tələbələri döyüşlərə cəlb etməyi planlaşdırır. Editor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz Facebook səhifəsində məlumat yayıb.

“Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində səfərbərlik resursunun olmaması səbəbindən işğalçı ölkənin hərbi komandanlığı ali təhsil müəssisələrinin tələbələrini döyüşlərə cəlb etməyi planlaşdırır”, – məlumatda deyilir. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan edib ki, Rusiya Federasiyası sərhədyanı rayonlarda Ukraynaya döyüşməyə göndərilmək üçün 2,5 minə yaxın ehtiyatda olan hərbçi hazırlayır. Müvəqqəti işğal olunmuş Donetsk və Luqansk vilayətləri ərazisində isə böyük itkilərlə əlaqədar yerli müəssisələrin rəhbərliyinə 18 yaşdan 45 yaşa qədər qadınlar haqqında “məlumatları yoxlamaq” göstərişini veriblər.

Mariupol merinin müşaviri Petr Andryuşşenko qeyd edir ki, Donetskdə səfərbərliyə qarşı “qohumların qlobal üsyanı” gedir. Luqansk Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Qaydayın sözlərinə görə, bölgənin işğal olunmuş hissəsində müharibəyə səfərbər olmaqdan imtina edən kişilər edam edilməklə hədələnir. Daxili işlər nazirinin müşaviri Viktor Andrusivin sözlərinə görə, Kreml müvəqqəti işğal olunmuş Krımdan Ukraynaya qarşı müharibəyə 2014-cü ildə and içmiş əsgərlərdən ibraət qoşun göndərmək qərarına gəlib.

Editor.az