Döyüşlərdə Rusiya Ermənistanın xəyalına gətirə bilmədiyi şeyi etdi – Akopyandan ŞOK ETİRAFbackend

Döyüşlərdə Rusiya Ermənistanın xəyalına gətirə bilmədiyi şeyi etdi – Akopyandan ŞOK ETİRAF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ermənistanı bütün lazımi silahlar və daha çoxu ilə təmin etdi.

Publika.az xəbər verir ki, bunu Ermənistan baş qərargahının sabiq rəisi, general-polkovnik Movses Akopyan deyib.

“Rusiya Ermənistana müharibənin ilk günlərindən, hətta Ermənistan dövlətinin başçısı Rusiya prezidenti ilə telefonla əlaqə qurmadan əvvəl, xəyal edə bilmədiyimiz silahları verdi. Rusiya bu münaqişədə Ermənistana qarşı həqiqətən dost dövlət kimi davranırdı. Baxmayaraq ki, Ermənistan rəhbərliyi müttəfiqliyə o qədər də yaraşmayan hərəkətlər edirdi”, – sabiq rəis qeyd edib.

Akopyan II Qarabağ müharibəsində Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə olunduğunu etiraf edib.