Drezden şəhərində Carolabrücke körpüsünün 100 metr uzunluğunda hissəsi uçaraq Elba çayına düşübbackend

Drezden şəhərində Carolabrücke körpüsünün 100 metr uzunluğunda hissəsi uçaraq Elba çayına düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Drezden şəhərində Carolabrücke körpüsünün 100 metr uzunluğunda hissəsi Elba çayına düşüb.

Editor.az bildirir ki, bu barədə “Bild” qəzeti yazıb. Dağılan əraziyə tramvay yolları və səkinin bir hissəsi də daxil olub. Heç kim xəsarət almayıb. Fövqəladə hadisə sentyabrın 11-nə keçən gecə baş verib. Buna nəyin səbəb olduğu hələlik məlum deyil. Körpünün bir hissəsinin uçması iki əsas istilik xəttinə də ziyan vurub.

Bu səbəbdən bütün şəhərdə işıqlar söndürülüb. Hadisə nəticəsində sahilin bir hissəsi də su altında qalıb. Təcili yardım xidmətləri körpünün ətrafındakı bütün ərazini bağlayıb. Nəşrin aydınlaşdırdığı kimi, Carolabrücke Drezdendəki əsas körpülərdən biridir. Sentyabr ayında körpüyə bir velosiped zolağı əlavə edilib və bir avtomobil zolağı çıxarılıb.

//Samir Qurbanov, Editor.az