Dronlar Rusiyanın metallurgiya zavodunu vurdu, güclü yanğın başlanıbbackend

Dronlar Rusiyanın metallurgiya zavodunu vurdu, güclü yanğın başlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 24-nə keçən gecə Rusiyanın Lipetsk şəhərindəki metallurgiya zavodunda partlayışlar baş verib və güclü yanğın başlanıb.

Editor.az bildirir ki, bu barədə Rusiya Federasiyasının Lipetsk vilayətinin qubernatoru İqor Artamonov məllumat verib. Görüntülərdən məlum olur ki, yanğın birbaşa zavodun ərazisindədir.

Bundan bir qədər əvvəl yerli sakinlər dronların səslərini eşidiblər. Qeyd edilir ki, “havadan müdafiə onların üzərində işləyə bilərdi”. Lakin hələlik rəsmi təsdiq yoxdur. “Mash” əlavə edir ki, “Novolipetsk Dəmir və Polad Zavodu dövlət üçün də daxil olmaqla polimer örtüklü polad istehsal edir”. Daha sonra Artamonov bildirib ki, “NLMK-nın sexlərindən birində yanğın baş verib. Yanğın söndürülüb, xəsarət alan olmayıb. Təhlükəli maddələrin buraxılması təhlükəsi yoxdur”.

O, həmçinin əlavə edib ki, “Xüsusi xidmət orqanları tərəfindən təsdiqlənməmiş məlumata görə, yanğına səbəb təyyarənin düşməsi olub. Hazırda bu məlumat və sosial şəbəkələrdə yayılan videolar yoxlanılır”.

//Samir Qurbanov, Editor.az