Dronların hərbi məktəbə hücumu nəticəsində 54 nəfər həlak olubbackend

Dronların hərbi məktəbə hücumu nəticəsində 54 nəfər həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyanın Homs şəhərində pilotsuz təyyarənin hərbi məktəbə hücumu nəticəsində 54 nəfər həlak olub.

Editor.az xəbər verir ki, hücum zamanı Suriyanın müdafiə naziri Əli Mahmud Abbas məktəb kursantlarının buraxılış mərasimində olub. Onun taleyi barədə məlumat verilmir.

Suriya Müdafiə Nazirliyi hücumun arxasında “məşhur beynəlxalq tərəflərin” dəstəklədiyi terror qruplarının dayandığını bildirib. Nazirliyinin məlumatına görə, hücum nəticəsində bir neçə mülki şəxs də həlak olub, onlarla insan yaralanıb, onlardan bəzilərinin vəziyyəti ağırdır. Suriya İnsan Haqları Müşahidə Qrupu hücumda 7 nəfərin öldüyünü, 20-dən çox Suriya ordusu zabitinin yaralandığını iddia edir.

//Samir Qurbanov, Editor.az