Kurskda artıq ikinci gündür ki, partlayış səsləri eşidilir. Səlahiyyətlilər dron hücumları və hava hücumundan müdafiə əməliyyatları barədə məlumat verir.
Editor.az bildirir ki, bu barədə qubernator Roman Starovoyt məlumat verib. “Kursk şəhərinin Mərkəzi rayonunda Ukraynaya məxsus PUA-ların hücumu nəticəsində bir neçə fərdi evə və inzibati binanın damına ziyan dəyib, yaşayış binasının şüşələri qırılıb.
Hava hücumundan müdafiə sistemi işə salınıb. Tələfat yoxdur”, – məlumatda deyilir. Onun sözlərinə görə, daha bir dron şəhərətrafı ərazilərə düşüb. Orada partlayış nəticəsində fərdi yaşayış evinin şüşələri sınıb. Bu arada, yerli ictimai səhifələr üfüqdə tüstü və partlayış səslərinin videolarını dərc edib.
//Samir Qurbanov, Editor.az