Dronların “Moskva paradı” davam edirbackend

Dronların “Moskva paradı” davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çərşənbə axşamı, avqustun 9-na keçən gecə Rusiya paytaxtı yenidən pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Editor.az bildirir ki, bu barədə Moskva meri Sergey Sobyanin Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın hava hücumundan müdafiəsi iki döyüş pilotsuz təyyarəsini vurub. Dağıntıların düşməsi nəticəsində ölənlər barədə hələlik məlumat yoxdur. “Şəhərin üzərində iki döyüş pilotsuz uçan aparatının uçuş cəhdi olub.

Hər ikisi hava hücumundan müdafiə vasitəsi ilə vurulub. Biri Domodedovo ərazisində, ikincisi Minsk şossesi ərazisində. Fövqəladə xidmətlər yerində işləyir”, – o yazıb. İnternetdə güclü partlayışı əks etdirən video yayımlanıb. Rusiya Müdafiə Nazirliyi hücuma görə Ukraynanı ittiham edib. “Moskva vilayətinin ərazisi üzərində Kiyev rejiminin pilotsuz uçuş aparatları ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb”, – işğalçılar bildiriblər.

 //Samir Qurbanov, Editor.az