DSMF-dən Cəlilabadda sosial yardım ala bilməyən ailəylə bağlı AÇIQLAMAbackend

DSMF-dən Cəlilabadda sosial yardım ala bilməyən ailəylə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə yayılan videoda Cəlilabad rayonu, Məşədilər kənd sakini Səfərov Təyyar Kürşad oğlunun ailəsinə ünvanlı sosial yardımın verilməməsi ilə bağlı şikayət əsassızdır.

Dövlət Sosial Müdafiə Fondundan (DSMF) verilən məlumata görə, hələ ötən ilin aprelin 1-dən həmin ailəyə ünvanlı sosial yardım təyin edilib.

Həmin vaxt pandemiya ilə bağlı sərt karantin rejimi olduğuna görə ailənin maddi-məişət şəraitinin müayinəsi aparılmadan yardım təyin olunub.

Lakin sonradan müəyyən olunub ki, onlar yardım üçün müraciət edən zaman ailənin mülkiyyətində pay torpağı olduğunu qeyd etməyib. Qanunla belə hallarda (yəni ailənin əmlakı barədə məlumatlar müraciət zamanı qeyd edilmədiyi hallarda) yardım təyin oluna bilməz. Bu səbəbdən də Təyyar Səfərovun ailəsinə ödənilən sosial yardım dayandırılıb.

Təyyar Səfərov elektron qaydada yenidən müraciət edərək, ailəsinin torpaq payı barədə məlumatları ərizədə qeyd etməlidir. Daha sonra ailənin ünvanlı dövlət sosial yardım almaq hüququnun yaranıb-yaranmaması barədə qərar veriləcək.