DSX Akademiyasının kursantı yol qəzasında həlak olub – YENİLƏNİBbackend

DSX Akademiyasının kursantı yol qəzasında həlak olub – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbələ rayonunun Uludaş kəndi ərazisində rayon sakini Ramiz Qəribov idarə etdiyi “QAZ-31” markalı avtomobillə yolu keçmək istəyən piyada 2003-cü il təvəllüdlü Laçın Tərlan oğlu Mahmudovu vurub. 20 yaşlı L. Mahmudov hadisə yerində keçinib.

DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupunundan bildirib ki, faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb və sürücü polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, qəza zamanı dünyasını dəyişən Laçın Mahmudov Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının kursantı olub.

00:27

Fevral ayının 13-də saat 19:30 radələrində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının 3-cü kurs kursantı Mahmudov Laçın Tərlan oğlu məzuniyyətdə olarkən Qəbələ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.

Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, DSX-nin rəhbərliyi kursantın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.