DSX-dən hərbi salamı ilə sosial şəbəkədə məşhurlaşan məktəbliyə jest – FOTObackend

DSX-dən hərbi salamı ilə sosial şəbəkədə məşhurlaşan məktəbliyə jest – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə Qazaxda yolla hərəkət edən Dövlət Sərhəd Xidmətinin hərbçilərini yol kənarında hərbi salamla qarşılayan Qazax rayonunun Daş Salahlı kənd 1 saylı orta məktəbin ikinci sinif şagirdi, Elton Xıdır oğlu Hacızadə DSX Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının komandiri general-mayor Müzəffər Pirizadə tərəfindən qəbul edilib.

Bu barədə Rəşad Süleymanov adlı sosial şəbəkə istifadəçisi məlumat yayıb.

Bildirilib ki, sərhəd diviziyasında keçirilən görüşdə məktəbliyə DSX Sərhəd Qoşunlarının hərbi forması bağışlanıb.

Gələcəyin sərhədçilərini hazırlayan DSX-nin Xüsusi Məktəbi barədə məlumat verilib, vətənpərvərliyi, orduya göstərdiyi sayğıya görə təşəkkür edilib.