DSX-nin həlak olan mayoru ilə vida mərasimi keçirilir – FOTObackend

DSX-nin həlak olan mayoru ilə vida mərasimi keçirilir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində ildırım vurması nəticəsində həlak olan mayor Baxışlı Baxış Elşən oğlu ilə Tərtərdə vida mərasimi keçirilir.

Editor.az Trend-ə istinadən xəbər verir ki, mərasimdə rayonun və DSX-nin rəsmiləri, şəhidin ailə üzvləri, hərbçi yoldaşları, sakinlər iştirak edirlər.

Mərasim başa çatdıqdan sonra şəhid mayor Tərtər rayon İsmayılbəyli kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, iyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər. Faktla bağlı araşdırma aparılır.