Dubay aeroportnun fəaliyyəti iflic olubbackend

Dubay aeroportnun fəaliyyəti iflic olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dubayda leysan yağış dayansa da, Hava limanında onlarla reys ləğv edilib və təxirə salınıb.

Əmirliklər bu gün sərnişinlərin qeydiyyatının çərşənbə gününün sonuna qədər dayandırılacağını açıqlayıb: “BƏƏ, pis hava və yol şəraiti nəticəsində yaranan əməliyyat problemləri səbəbindən aprelin 17-si səhər saat 8-dən gecə yarısına qədər Dubay Beynəlxalq Hava Limanından yola düşəcək sərnişinlərin qeydiyyatını dayandırır.”

Editor.az xəbər verir ki, bu barədə Dubay hava yolu şirkətindən bildiriblər. Dubay Hava Limanı bu gün ekstremal hava şəraiti ilə əlaqədar əhəmiyyətli fasilələr olduğunu, uçuşların gecikdirilməsi və istiqamətinin dəyişdirilməsi ilə bağlı xəbər verib. Şəhərdə çoxsaylı daşqınlar və yolların bağlanması sərnişinlərin seçimlərini də çətinləşdirib – bu günlərdə hava limanına çatmaq və ya geri qayıtmaq asan deyil.

Xatırladaq ki, bir gün əvvəl Dubayda 45 aviareys təxirə salınmışdı. BƏƏ-nin milli meteoroloji mərkəzi çərşənbə axşamı yağan yağışların son 75 ilin ən güclü yağışı olduğunu və 24 saatdan az müddətdə 254,8 mm yağış yağdığını təxmin edir.

//Samir Qurbanov, Editor.az