Dublin yanırbackend

Dublin yanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən axşam İrlandiyanın paytaxtı Dublinin Parnell Meydanında bir məktəb qarşısında bıçaqlı hücumdan sonra küçələri döyüş meydanına çevirən şiddətli hadisələrin sayı açıqlanıb.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, keçirilən mətbuat konfransında 11 polis maşını, 3 avtobus və 1 tramvayın yandırıldığı, 13 mağazanın ciddi şəkildə zədələndiyi və ya talan edildiyi açıqlanıb. Hadisələrlə əlaqədar 34 nəfərin nəzarətə alındığını və yerli vaxtla 20.30-21.00 arasında sülhün bərpa olunduğu bildirib. Bir çox polisin yaralandığı, onlardan birinin ağır olduğu qeyd olunub.

İrlandiyanın Ədliyyə Naziri Helen Makenti açıqlamasında bəzi şəxslərin faciəvi hadisədən istifadə etdiyini ifadə edərək, dəhşətli hücumdan separatizm toxumu səpmək və şəhərin mərkəzini müharibə zonasına çevirmək üçün istifadə edən bir qrup quldur və cinayətkarın olduğunu açıqlayıb.

//Səbinə Hüseynli, Editor.az