Dunay çayı aşdı-daşdı: Budapeşt su altındabackend

Dunay çayı aşdı-daşdı: Budapeşt su altında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gündür davam edən leysan yağışlar səbəbindən Mərkəzi Avropada daşqınlar başlayıb.

Macarıstanın Budapeştində Dunay çayı daşaraq şəhərin mərkəzindəki bəndləri basıb. Su Macarıstan parlamentinin binasına yaxınlaşıb. “İndex” xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban bildirib ki, daşqınların pik həddi şənbə günü gözlənilir.

Həftənin əvvəlindən Peştdən şəhərin aşağı sahillərinə nəqliyyatın hərəkəti dayandırılıb. Cümə axşamına qədər su adi səviyyəsindən təxminən bir metr yüksək olub. “Origo” portalının məlumatına görə, Budapeştdə suyun səviyyəsinin qalxması ilə bağlı tədricən nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq edilir. Yollar qismən bağlanıb, naviqasiya dayandırılıb. Enerji şirkəti MVM Group elektrik enerjisi və qaz təchizatında mümkün fasilələr barədə xəbərdarlıq edib. Mer Gergey Karaçonun göstərişi ilə şəhərdə istehkamlar tikilir.

Qeyd edək ki, “Boris” fırtınası bölgəyə güclü yağışlar gətirib və ən azı altı nəfərin ölümünə səbəb olub. Minlərlə avropalı evlərini tərk etmək məcburiyyətində qalıb. Avstriya, Çexiya, Macarıstan, Rumıniya və Slovakiyada da yağışlar davam edir.

//Samir Qurbanov, Editor.az