Dünən faciəli şəkildə ölən gəncin FOTOLARIbackend

Dünən faciəli şəkildə ölən gəncin FOTOLARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Qazaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Editor.az-ın məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Qazaxın Yuxarı Salahlı kəndindən keçən hissəsində qeydə alınıb.

Rayonun Qaymaqlı kənd sakini, 2004-cü il təvəllüdlü Lalə Süleymanovanı TIR vurub.

O, hadisə yerində ölüb.

Faciəli şəkildə ölən gəncin fotosu sosial şəbəkələrdə paylaşılıb.

O, Qazax Dövlət Sosial-İqtisad Kollecinin II kurs tələbəsi olub.