Dünən Fransa təmsilçisi seçildi, artıq liderdir – VİDEObackend

Dünən Fransa təmsilçisi seçildi, artıq liderdir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanı “Eurovision -2021” mahnı müsabiqəsində təmsil edəcək müğənninin kimliyi məlum olub.
Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, “Eurovision France, C’est vous qui décıdez” adlı milli seçim turunda 12 iştirakçı arasında birinci yerə Barbara Pravi layiq görülüb.

O, Avropa səhnəsində “Voila” adlı mahnı ilə çıxış edəcək.

Dünən keçirilən milli seçim turuna böyük maraq yaranıb. Bukmeykerler Fransanı indidən “Eurovision”un qalibi elan edib. Proqnoz siyahısında da Barbara liderdir. Bundan əlavə, tvitter platformasında ən çox müzakirə olunan sənətçi Pravi olub.

“Təsvir etmək çətindir. Ailəm, dostlarım və birlikdə çalışdığım kollektivlə son dərəcə qürur duyuram. Fransanı təmsil etdiyim üçün fəxr edirəm! Mən hazıram. Həqiqətən çalışqan bir insanam, işləmək xoşuma gəlir. Hər şeydən əvvəl, Rotterdamdakı çıxışımın sadə qalacağını düşünürəm. Ancaq bunu Fransa televiziya komandası ilə müzakirə edəcəyik”,- deyə Barbara bildirib.

Qeyd edək ki, B. Pravi “Junior Eurovision”da Fransaya birincilik gətirən “J’imagine” adlı mahnının müəllifidir.