Dünən gecə qətlə yetirilən 31 yaşlı Rasimin FOTOsubackend

Dünən gecə qətlə yetirilən 31 yaşlı Rasimin FOTOsu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, iyunun 28-də saat 00:30 radələrində paytaxtın Sabunçu rayonu ərazisində 1993-cü il təvəllüdlü Rasim Əhmədov tanışı tərəfindən qətlə yetirilib.

İlkin araşdırma zamanı 1987-ci il təvəllüdlü Vüqar Əliyevin aralarında yaranmış mübahisə zamanı tanışı Rasim Əhmədova küt alətlə xəsarət yetirməsi və sonuncunun xəstəxanaya aparılarkən yolda ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Vüqar Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Editor.az qafqazinfo-ya istinadən qətlə yetirilmiş 31 yaşlı Rasimin fotosunu təqdim edir: