Dünən vurulan korpus komandiri Vətən müharibəsində elə bir şey edib ki… – Maraqlı FAKTLARbackend

Dünən vurulan korpus komandiri Vətən müharibəsində elə bir şey edib ki… – Maraqlı FAKTLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 11-də Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində baş verən təxribat nəticəsində yaralanan Ermənistan Əlahiddə Ümumqoşun Korpusunun komandiri Armen Gözəlyan son durumu açıqlanıb.

Editor.az Globalinfo.az-a istinadən xəbər verir ki, A.Gözəlyanın vəziyyətinin stabil olduğu, həyati təhlükəsinin olmadığı yazılıb.

Məlumat üçün bildirək ki, A.Gözəlyan 1977-ci il iyunun 16-da Zəngəzurun Dığ kəndində anadan olub.  A.Gözəlyan bu vəzifəyə fevralın 1-də təyin edilib. O, daha öncə Ermənistan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsinin rəisi, həmçinin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini vəzifəsini icra edib.

Rütbəsi polkovnikdir.

Qeyd edilir ki, Armen Gözəlyan Azərbaycana qarşı daim təhdid ritorikası ilə çıxış edib. O, Vətən müharibəsində Suqovuşanda yerləşən, ən yüksək döyüş hazırlıqlı erməni alayı 6-cı dağatıcı Madagiz polkunun komandiri olub. Lakin Vətən müharibəsinin ilk günlərində mühasirəyə düşmək təhlükəsi ilə üzləşəndə silah-sursatını, xəritəsini ərazidə qoyaraq qaçıb.

Xatırladaq ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub. Ermənistan tərəfindən isə 4 ölü və 6 yaralı var.