Dünənki cinayətin təfərrüatı – Boşanmış iki uşaq anası… – VİDEObackend

Dünənki cinayətin təfərrüatı – Boşanmış iki uşaq anası… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda polis mayoru tanışı olan qadını yaşadığı evdə qətlə yetirib.

Editor.az  Xəzər TV-yə istinadən xəbər verir ki, ağır cinayət paytaxtın Nərimanov rayonu, Qarabağ küçəsində baş verib.

Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis-mayoru Tural Aslanov tanışı Günay Cabbarovanın mənzilinə gələrək onunla qısqanclıq zəminində mübahisə edib.

Səsə gələn qonşular hadisə barəsində dərhal polisə məlumat veriblər. Əraziyə gələn rayon hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıblar. Məlumata görə, Tural elə həmin silahla özünə də atəş açaraq intihar edib. Qonşular qətlə yetirilən qadının iki uşaq anası olduğunu və bir neçə il əvvəl boşandığını deyirlər.

Hadisə yerində ilkin müayinələr aparıldıqdan sonra meytlər məhkəmə tibbi-ekspertiza və pataloji anatomiya birliyinə aparılıb. Baş Prokurorluqdan verilən məlumata görə, hadisə ilə bağlı Nərimanov rayon prokurorluğunda ”qəsdən adam öldürmə” və ”özünü öldürmə həddinə çatdırma” maddələri ilə cinayət işi başlanıb, istintaq davam edir.